Basketbol üzrə Azərbaycan Super Liqasında 7-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. 
 
"Atom" cari mövsümdə məğlubiyyət tanımayan "Zirvə"ni sınağa çəkib. çox gərgin mübarizə şəraitində keçən dramatik oyunun 2-ci hissəsindən sonra "Atom" 48:46 hesabıyla öndə olub. 3-cü hissənin sonunda "Zirvə"nin kapitanı Zaur Paşayev 5-ci folu alaraq meydançanı tərk edib. Zaurun yoxluğu "Zirvə"ni zəiflədərək son nəticədə komandanın uduzmasının əsas səbəblərindən biri olub.
 
Turun qalan qarşılaşmaları isə noyabrın 23-də keçiriləcək.
 
Azərbaycan Super Liqası
7-ci tur
22 noyabr
 
Atom – Zirvə 95:89 (19:27, 29:19, 19:20, 28:24)
 
23 noyabr
 
13:00. Sıçrayış - Xırdalan
15:00. Atletik - Sərkərdə
17:00. 80-lər – Gəncə

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest