Azərbaycan Premyer Liqasında yaranmış fasilə başa çatıb. Matc.az saytının məlumatına görə, bu gün XII tura start verilib.

Turun açılış qarşılaşması Sumqayıtda baş tutub. Belə ki, yerli komanda lider "Qarabağ"ı qəbul edib. Son iki matçda 4 xal toplayan "gənclik şəhəri" təmsilçisi 4-cü pillədəki mövqeyini qorumaq üçün son çempionu büdrətməli idi.

Gələn həftəiçi Avropa Liqası görüşündə "Sevilya"nın qonağı olacaq "Qarabağ"ın bəzi oyunçulara istirahət verməsi istisna deyildi. Ancaq ağdamlılar bu qarşılaşmadan qalibiyyətlə ayrılarsa, sona 2 tur qalmış komandanın 2019-cu ili lider kimi tamamlayacağı dəqiqləşəcəkdi və çempionatın lideri qış çempionu olacaqdı. 

Qarşılaşmada hesabı da Ağdam təmsilçisi açıb. Amma ikinci hissənin ortalarında Peyman Babayinin qısa müddət ərzindəki dublu sumqayıtlılara əzmkar qələbə qazandırıb. Bu, həm də "Qarabağ"ın cari mövsümdəki ilk məğlubiyyəti olub.

 

Azərbaycan Premyer Liqası

XII tur

22 noyabr (cümə)

"Sumqayıt" – "Qarabağ" 2:1
Qol: P.Babayi, 65; 68 - X.Romero, 36.
Qırmızı vərəqə: İ.İbrahimli, 71.

"Kapital Bank Arena". Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Rövşən Rəcəbov

"Sumqayıt": 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 12. Nicat Mehbalıyev, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə

Baş məşqçi: Ayxan Abbasov

"Qarabağ": 1. Asmir Beqoviç, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 8. Markos Madera, 17. Abdullah Zubir, 9. Xayme Romero, 99. Maqaye Qeye, 3. Ailton Silva, 18. İsmayıl İbrahimli

Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 7. Araz Abdullayev, 10. Dani Kintana, 6. Simeon Slavçev, 23. Faysal Rerras, 45. Rauf Hüseynli, 71. Toral Bayramov, 29. Musa Qurbanlı

Baş məşqçi: Qurban Qurbanov

 

1

Qarabağ

11

8

3

0

20-3

27

2

Keşlə

11

5

4

2

13-6

19

3

Neftçi

11

5

3

3

16-10

18

4

Sumqayıt

11

4

2

5

14-16

14

5

Səbail

11

3

2

6

8-17

11

6

Zirə

11

2

5

4

11-17

11

7

Sabah

11

2

4

5

11-14

10

8

Qəbələ

11

2

3

6

9-19

9

Bombardirlər: Lorenzo Frutos ("Keşlə"), Mehdi Şərifi ("Sumqayıt") - 5 qol

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest