Rusiyanın paytaxtı Moskvada qadın voleybolçuları arasında Avropa Voleybol Konfederasiyası (CEV) çempionlar Liqası keçirilir. Matc.az xəbər verir ki, yarışa Azərbaycan Voleybol Federasiyasının Regional Voleybol inkişaf mərkəzinin rəhbəri Nərgiz İsmayılova təyinat alıb.

İsmayılova çempionlar Liqasının IV mərhələsində E qrupunda çıxış edən "Dinamo" (Moskva) – "Uraloçka" matçının supervayzeri olacaq.

Qeyd edək ki, CEV çempionlar Liqası bu gün saat 20:00-da Moskva şəhərində yerləşən Dinamo Moskva İdman sarayında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest