PSJ-nin hücumçusu Neymar "Barselona"ya keçmək arzusundan vaz keçməyib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "sambamı" bu istəyini növbəti dəfə dilə gətirib.

27 yaşlı forvard "Barselona"nın hücumçusu Luis Suaresin həyat yoldaşının ad günü şənliyinə qatılmaq üçün Kataloniyada olub. Kapitan Lionel Messinin də iştirak etdiyi şənlikdə Neymar qayıtmaq arzusunu bir daha çatdırıb. Futbolçular da onun qış fasiləsində alınması üçün rəhbərliyə müraciət edib.

Qeyd edək ki, Neymarın PSJ ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest