Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Düdelanj"ın ilk 4 turdakı performansı Lüksemburq futbol ictimaiyyətini məmnun edir. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, komandanın nəticələri yüksək qiymətləndirilir.

Maraqlıdı ki, lüksemburqlular "Düdelanj"ın çıxışını bu turnirdə çıxış edən Fransa klubları ilə müqayisə edib. Həmkarlarımız "Düdelanj"ın nəticəsini "Renn" və "Sent-Etyen"dən üstün sayır. E qrupunda yer alan "Renn"in aktivində 1, I qrupunda qərarlaşan "Sent-Etyenn"də isə 3 xal var. İkincilər 3 heç-heçə ilə 3 xal toplaya bilib. Lüksemburq KİV-i də fransızlardan fərqli, "Düdelanj"ın qrupda qələbə sevinci yaşadığını qabardıb. Maraqlıdı ki, geridə qalan 4 turda "Renn" 2, "Sent-Etyenn" 6 qol vurubsa, "Düdelanj" 7 dəfə rəqiblərini mərkəzə dəvət edib.

Qeyd edək ki, "Düdelanj" qrupda yeganə qələbəsini APOEL üzərində qazanıb (4:3). Lüksemburq təmsilçisi II turda öz meydanında "Qarabağ"a 1:4 hesabı ilə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest