Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.
 
öncə "Sabah" Masazırda "Sumqayıt"la üz-üzə gəlib. İlk dövrədə 1:0 hesabıyla qalib gəlmiş sumqayıtlılar bu uğuru səfərdə də təkrarlamağı hədəfləmişdilər. "Sabah" isə həmin məğlubiyyətin əvəzini çıxmaq istəyindəydi. Qarşılaşmada hesabı da meydan sahibləri açıblar. Amma qalan dəqiqlərdə üç qol vuran sumqayıtlılar meydanı əzmkar qələbə ilə tərk ediblər.
 
Tura "Qarabağ" – "Zirə" oyunu ilə yekun vurulub. Birinci dövrədə 3:1 hesabıyla qalib gəlmiş "Qarabağ" bu oyunun da favoriti idi. Hesabı da Ağdam təmsilçisi açıb. Amma zirəlilər bərabərlik qolunu vurmağı bacarıblar. Beləcə, qarşılaşma heç-heçə yekunlaşıb.
 
Turun digər oyunlarında "Keşlə" "Neftçi"yə (2:1), "Qəbələ" isə "Səbail"ə (3:0) qalib gəlib. 
 
Azərbaycan Premyer Liqası
XI tur
10 noyabr
 
"Sabah" – "Sumqayıt" 1:3
Qol: U.Diallo, 32 - P.Babayi, 56. M.Şərifi, 76. Ə.Ağayev, 90+5.
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rövşən Rəcəbov
Masazır. "Bank Respublika Arena", 16:30.
 
Sabah: 1. Saşa Stamenkoviç (k), 22. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 26. Ozan Can Kökcü, 11. Şakir Seyidov.
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 5. Kərim Diniyev, 6. Vadim Abdullayev, 19. Təmkin Xəlilzadə, 21. Rocer Roxas, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 38. Arsen Ağcabəyov.
Məşqçi: Ramin Quliyev.
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 12. Nicat Mehbalıyev, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 14. Elvin Bədəlov, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 70. Mehdi Şərifi, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
 
"Qarabağ" – "Zirə" 1:1
Qol: M.Qeye, 5 - R.Qadze, 69.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Səbuhi Bayramov
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.
 
Qarabağ: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 9. Xayme Romero, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 21. Hacıağa Hacılı, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 8. Markos Madera, 6. Simeon Slavçev, 17. Abdullah Zubir, 3. Aylton Silva, 24. Nihad Tamazov, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.
Zirə: 28. Boyan Zoqoviç, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 23. Mfo Kqasvane, 25. Miloş  Bakraç, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 70. Nicat Süleymanov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 64. Kənan Cəfərov.
Baş məşqçi: Zaur Həşimov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest