"Unutmayın ki, "Neftçi" mənim üçün yeni komandadı. Hələ tam uyğunlaşa bilməmişəm. "Qarabağ"da futbolçularla bir-birimizi yaxşı başa düşürdük. "Neftçi"də isə yeniyəm. Düşünürəm ki, getdikcə hər şey daha yaxşı olacaq".

"Neftçi"nin haitili müdafiəçisi Vild-Donald Gerye Azərbaycan Premyer Liqasının XI turunda "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra brifinq keçirib. Matc.az xəbər verir ki, sol cinah oyunçusu jurnalistlərin suallarını cavablandırıb.

- Yəqin ki, bu gün belə nəticə gözləmirdiniz...

- Əlbəttə, gözləmirdik. Oyuna ciddi hazırlaşmışdıq. Meydana yaxşı nəticə üçün çıxmışdıq. Bu gün 3 xal qazanmaq üçün sona qədər mübarizə apardıq. Artıq bu oyunu unutmalı və qarşıdakı matçlara hazırlaşmalıyıq.

- Bu məğlubiyyətdən sonra 3-cü sıraya düşdünüz. Bunu həm də çempionluq yarışında "Neftçi" üçün böyük zərbə hesab etmək olar?

- Düzdü, turnir cədvəlində bir pillə gerilədik. Bundan sonra daha çox çalışmalıyıq. çempionluq mübarizəsinə gəlincə, hələ ümidimiz var. çünki qarşıda çox oyunumuz olacaq. Mübarizəni davam etdiririk.

- Roberto Bordin mətbuat konfransında komandadan narazı qalıb və bildirib ki, futbolçular istənilən səviyyədə çıxış etmədilər. Baş məşqçinin fikirlərinə münasibətinizi bilmək maraqlı olardı...

- Bəli, baş məşqçi haqlıdı. Bu gün daha yaxşı oynaya bilərdik. Kifayət qədər vuruşmadıq. Məhz buna görə uduzduq. Növbəti oyunları daha yüksək səviyyədə keçirməliyik.

- Kənardan elə görünür ki, sanki "Neftçi"də xoşbəxt deyilsiniz...

- Unutmayın ki, "Neftçi" mənim üçün yeni komandadı. Hələ tam uyğunlaşa bilməmişəm. "Qarabağ"da futbolçularla bir-birimizi yaxşı başa düşürdük. "Neftçi"də isə yeniyəm. Düşünürəm ki, getdikcə hər şey daha yaxşı olacaq.

- Sizcə, "Qarabağ"da oynamaq asan idi, yoxsa "Neftçi"də?

- çətin sualdı. Ancaq mənə "Qarabağ"da oynamaq daha rahat idi. çünki bayaq da dediyim kimi, futbolçularla yaxşı anlaşırdıq. Məsələn, top Rəşadda olanda irəli çıxırdım, Almeyda mənim mövqeyimə düşürdü, Zubir isə cərimə meydançasına daxil olurdu. "Neftçi"də isə vəziyyət hələ ki, fərqlidi. Mənim üçün burda hər şey yenidi. Bu barədə əlavə nəsə deyə bilmərəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest