Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

Matc.az xəbər verir ki, “Kəpəz”in üzvü Ümid Səmədov komandadan uzaqlaşdırılıb. Onun əvəzinə heyətə “Qəbələ”dən Ülvü Mədətov cəlb olunub.

Qeyd edək ki, Bakıdakı təlim-məşq toplanışını bu gün yekunlaşdıracaq U-17 sabahdan noyabrın 20-dək Yunanıstanın Patra şəhərində Avropa çempionatının seçmə mərhələsinin oyunlarında iştirak edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest