"Ayaks" hücumçusu David Neresi itirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı forvard uzun müddət komandaya kömək edə bilməyəcək.

Bunu Amsterdam təmsilçisinin baş məşqçisi Erik ten Haq deyib. çalışdırıcı bildirib ki, forvard çempionlar Liqasının qrup mərhələsinin IV turunda "çelsi" ilə qarşılaşmada zədələnib. 22 yaşlı oyunçunun ən azı yanvara qədər komandadan ayrı qalacağı dəqiqdi.

Qeyd edək ki, "San Paolo"nun yetirməsi olan David Neres 2017-ci ildən "Ayaks"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest