Bu həftə Azərbaycan Premyer Liqasında 11-ci turun oyunları keçiriləcək. Matc.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində "Qəbələ" "Səbail"lə qarşılaşacaq. 
 
Ardıcıl ikinci ev oyununa çıxacaq "qırmızı-qaralar" tarixində 12-ci dəfə paytaxt təmsilçisi ilə görüşəcək. Əvvəlki 11 görüşdə üstünlük əyalət təmsilçisinin tərəfindədi. Hesabında 6 qələbə və 3 heç-heçə olan "Qəbələ" yalnız iki dəfə uduzub. Rəqib qapısından 20 top keçirən qəbələli futbolçular 11 qol buraxıblar. Bu komandanın qollarından 6-na Baqali Dabo imza atıbsa, Famussa Kone və Ceyms Adeniyi hərəyə 3 dəfə fərqlənib.
 
Bu matçlardan ikisi Azərbaycan kuboku, doqquzu Premyer Liqa çərçivəsində baş tutub. çempionatdakı oyunlardan dördündə qələbə qazanan "Qəbələ" 3 heç-heçə edib və 2 dəfə xalsız qalıb. Top fərqi də "qırmızı-qaralar"ın xeyrinədi – 15:9. 
 
Ev oyunlarında "Səbail"ə uduzmayan "qırmızı-qaralar" 4 dəfə qalib gəlib, 1 dəfə heç-heçə edib. 10 qola imza atan "Qəbələ" futbolçuları üç top buraxıblar. Komanda ev matçlarından qolsuz ayrılmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest