Türkiyənin “Kayserispor” klubunun yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Bülent Uyğunla anlaşıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Artıq Kayseriyə gələn 48 yaşlı mütəxəssislə bütün məsələlərdə razılıq əldə olunub. 
 
Bülent Uyğun Türkiyədə son olaraq 2017-ci ildə “Osmanlıspor”u çalışdırıb. Daha sonra o, Qətərin “Əl Qarafa” və “Əl Rayan” klublarında baş məşqçi işləyib.
 
“Kayserispor” bu mövsüm Super Liqadakı uğursuz çıxışı ilə diqqət mərkəzindədi. Sözügedən komanda mövsümə Hikmət Karamanla start versə də, oktyabrın 6-da istefa vermişdi. Ayın 11-də baş məşqçi postuna gətirilən Samet Aybaba isə doğma meydanda “Kasımpaşa” ilə heç-heçədən (1:1) sonra “Yeni Malatyaspor”a 0:4 hesablı məğlubiyyətin ardından oktyabrın 28-də istefa ərizəsini yazmışdı. Bir sözlə, Bülent Uyğun “Kayserispor”da cari mövsüm ərzində üçüncü baş məşqçidi.
 
Kayseri klubu Super Liqada geridə qalan 9 turda cəmi 4 xal toplayıb və 18 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest