Futbol üzrə İsveç çempionatında 28-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb. 
 
Sözügedən kollektiv səfərdə “Norçöpinq”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Emin bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
“Kalmar” hazırda 23 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest