"Barselona" gənc hücumçusu Ansu Fatinin uzun illər komandada qalmasını istəyir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya təmsilçisi 16 yaşlı forvarda yeni uzunmüddətli müqavilə təklif edib.

Tərəflər ortaq məxrəcə gəlsə, 2022-ci ilə qədər nəzərdə tutulan sözləşmə müddəti daha bir neçə il uzanacaq. Həmçinin Fatinin 100 milyon avroluq sərbəst qalma məbləği də 200 milyon olacaq.

Qeyd edək ki, Ansu Fati bu mövsümdən əsas komandada çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest