"Barselona"nın futbolçusu Ansu Fatinin İspaniya millisində oynaması üçün heç bir maneə qalmayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, FIFA 16 yaşlı hücumçunun İspaniya vətəndaşlığını almasına icazə verib.

Gənc oyunçunun bütün sənədləri ali futbol qurumuna təqdim olunub və FIFA rəsmən İspaniya Futbol Federasiyasının Fatini milliyə çağırmasına razılıq verib. Oyunçu artıq İspaniya vətəndaşlığını alıb.

Qeyd edək ki, əslən Qvineya-Bissaudan olan Ansu Fati 2012-ci ildən "Barselona" akademiyasındadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest