"Mançester Siti" sabiq müdafiəçisi Vensan Kompani üçün vida matçı təşkil edib. Matc.az saytı xəbər verir ki, bir çox dünya ulduzunun iştirak etdiyi qarşılaşmanı Kompani özü zədə ucbatından kənardan izləyib.

"Anderlext"in oyunçusu oynamaması ilə bağlı sualı zarafatla cavablandırıb: "Təəssüf ki, zədəli olduğum üçün oynamadım. Bu, mənim üçün adi haldı".

Qarşılaşmada Serxio Aquero, Co Hart, Mario Balotelli, David Silva, Ceyms Milner, Tyerri Anri, Sesk Fabreqas, Pol Skoulz, Rafael van der Vart, Robin van Persi, Samir Nəsri, Naycel de Yonq və Rayan Giqqz kimi məşhurlar iştirak edib.

"Mançester Siti" ilə Premyer Liqa əfsanələri arasında baş tutan görüş 2:2 hesabı ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest