"Qarabağ" Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu gün "Linfild"in qonağı olacaq. Matc.az saytının məlumatına görə, ağdamlılar dünən qarşılaşmanın keçiriləcəyi stadionda son məşqinə çıxıb.

"Vindzor Park"da baş tutan hazırlıq təxminən 1 saat 15 dəqiqə davam edib.

Qeyd edək ki, bu gün keçiriləcək "Linfild" - "Qarabağ" matçı Bakı vaxtı ilə 22:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest