"Qalatasaray"ın hücumçusu Mbaye Dianye Rusiyaya köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, seneqallı forvard Moskva "Spartak"ının transfer gündəmindədi.

Rusiya Premyer Liqa təmsilçisi 27 yaşlı futbolçunun keçidi müqabilində qarşı tərəfə 10 milyon avro təklif edib. Lakin türklər onun transferindən 12-13 milyon avro qazanc əldə etmək niyyətindədi. "Cim-bom" "Monako"nun hücumçusu Radamel Falkaonun keçidini həll etsə, Dianyeni satacaq.

Qeyd edək ki, Mbaye Dianye ötən mövsüm Türkiyə Superliqasında 30 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest