"Neftçi"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində İsrailin "Bney Yehuda" klubu ilə keçirəcəyi cavab oyunu canlı yayımlanacaq. Matc.az klubun saytına istinadən xəbər verir ki, avqustun 15-də, İsrailin Petak Tikva şəhərindəki "Ha Moşava" stadionunda keçiriləcək görüşü "CBC Sport" telekanalı canlı yayımlayacaq.
 
"Neftçi" ilə "Bney Yehuda" arasındakı ilk görüş bu gün, saat 21:00-da start götürəcək. Bu qarşılaşma da "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest