"Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Rusiyanın "Arsenal" (Tula) klubuna qarşı keçirdiyi cavab matçının ən yaxşıları məlum olub. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar"ın 3:0 hesablı qələbəsi ilə başa çatan matçın ən yaxşısı Dario Federiko olub.
 
"Neftçi" - "Arsenal" oyunu üçün "InStat"ın göstəricilərindən bəzilərini təqdim edirik:
 
Oyunun ən yaxşı indeksə malik futbolçusu: Dario Frederiko – 316
 
çərçivəyə ən çox zərbə vuran: Rauf Əliyev, Dario Frederiko, Mamadu Mbodj – 1
 
Ən çox dəqiq ötürmə verən: ömər Buludov – 21
 
İkili mübarizədən ən çox qalib ayrılan: Voyislav Stankoviç – 17
 
Ən çox cərimə qazandıran: Stiven Jozef-Monroz – 4
 
Qapıçının seyvi: 1
 
Səfərdə baş tutan ilk oyunda da 1:0 hesablı qələbə qazanan "Neftçi" Avroliqanın 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb. "Ağ-qaralar" növbəti mərhələdə İsrailin "Bney Yehuda" klubu ilə mübarizə aparacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest