Avropa Liqasının II təsnifat mərhələsində bu gün "Arsenal"ın qonağı olacaq "Neftçi" Rusiyada dəstəksiz qalmayacaq. "Sperantsa" ilə görüşdə olduğu kimi, yenə Bakıdan bir qrup azarkeş səfər görüşünə yollanıb.

Avropa Liqasının II təsnifat mərhələsində bu gün "Arsenal"ın qonağı olacaq "Neftçi" Rusiyada dəstəksiz qalmayacaq. Matc.az saytının məlumatına görə, "Sperantsa" ilə görüşdə olduğu kimi, yenə Bakıdan bir qrup azarkeş səfər görüşünə yollanıb.

Onlarla yanaşı, Rusiyada yaşayan həmyerlilərimiz də "ağ-qaralar"ı qələbəyə səsləyəcək. "Arsenal"ın mətbuat xidməti oyun zamanı "Neftçi"nin təxminən 300 azarkeşinin olacağını açıqlayıb: "Neftçi" tərəfi bir neçə gün əvvəl bizə göndərdiyi məktubda 300 azarkeşin onları dəstəkləmək üçün stadiona gələcəyini bildirib".

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest