"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "Arsenal"la keçirəcəyi hər iki oyun canlı yayımlanacaq. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, azarkeşlər iyulun 25-də "Arsenal" mərkəzi stadionunda, avqustun 1-də isə "Bakcell Arena"da baş tutacaq görüşləri "CBC Sport" vasitəsilə izləyə biləcəklər.

Qeyd edək ki, hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest