İyulun 25-də Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qəbələ" Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını qəbul edəcək. Matc.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutacaq görüş öncəsi baş məşqçilərin mətbuat konfransı olacaq.

Konfrans oyundan bir gün əvvəl - sabah saat 18:30-da arenanın media zalında start götürəcək. İlk olaraq jurnalistlərin önünə "Dinamo"nun baş məşqçisi çıxacaq. Saat 19:30-da isə "Qəbələ"nin çalışdırıcısı Sənan Qurbanov media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların oyunöncəsi son məşqi də Qəbələ şəhər stadionunda baş tutacaq. "Qırmızı-qaralar" saat 20:00-da, qonaqlar isə 19:00-da məşqə çıxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest