Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq "Arsenal" buna tarixi oyun gözü ilə baxır. İlk dəfə avrokuboklarda iştirak edəcək Tula təmsilçisi azarkeşlər üçün sürprizlər hazırlayır.

Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq "Arsenal" buna tarixi oyun gözü ilə baxır. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, ilk dəfə avrokuboklarda iştirak edəcək Tula təmsilçisi azarkeşlər üçün sürprizlər hazırlayır.

Oyun günü yerli vaxtla 18:00-da "Arsenal" stadionu ərazisində fanzona təşkil olunacaq. Qırmızı-sarı top açılacaq, daha sonra fanzonada yarışlar, viktorinalar, mini-futbol oyunları keçiriləcək. Rəhbərlik bu addımı matça daha çox azarkeş gəlməsi üçün atır. Klub eyni zamanda yerli sakinləri tribunaları doldurmağa və komandanı dəstəkləməyə dəvət edib.

Qeyd edək ki, "Arsenal" - "Neftçi" oyunu iyulun 25-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest