Tokio-2020-yə ilk lisenziya
Azərbaycan yığması gələn il Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb. Bu uğura atlet Anna Skidan nail olub. Çəkic atma növündə mübarizə aparan Skidan 72.92 metr nəticə göstərərək 5-ci yeri tutub.