Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2019" superturnirinə yekun vurulub. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Sergey Karyakin, Teymur Rəcəbov isə qara fiqurlarla çexiyalı David Navara ilə üz-üzə gəlib.

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2019" superturnirinə yekun vurulub. Matc.az saytının məlumatına görə, bu gün son turun görüşləri keçirilib.

Son tur formal xarakter daşıyıb. çünki norveçli dünya çempionu Maqnus Karlsen dünən 4-cü dəfə turnirin qalibi olmağı rəsmiləşdirib.

Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Sergey Karyakin, Teymur Rəcəbov isə qara fiqurlarla çexiyalı David Navara ilə üz-üzə gəlib. Hər iki şahmatçımız heç-heçə edərək, turniri qələbəsiz başa vurub.

 

"ShamkirChess 2019"

IX (sonuncu) tur

9 aprel

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5

David Navara (çexiya) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5

Vişvanatan Anand (Hindistan) - Veselin Topalov (Bolqarıstan) - 0,5:0,5

Liren Dinq (çin) - Aniş Giri (Hollandiya) - 0,5:0,5

Maqnus Karlsen (Norveç) - Alekandr Qrişuk (Rusiya) - 1:0

 

Turnir cədvəli: 1. Maqnus Karlsen - 7 xal; 2-3. Liren Dinq, Sergey Karyakin - 5 xal; 4-6. Aleksandr Qrişuk, Vişvanatan Anand, Teymur Rəcəbov - 4,5 xal; 7-8. Veselin Topalov, David Navara - 4 xal; 9. Şəhriyar Məmmədyarov- 3,5 xal; 10. Aniş Giri- 3 xal.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest