Polşanın paytaxtı Varşavada bədii gimnastika üzrə “İrina Cup” beynəlxalq turniri keçirilib. Matc.az xəbər verir ki, yığmamız yarışda 5 medal qazanıb.

Qrup hərəkətləri üzrə komandamız turnirin qalibi adına yiyələnib. Fəridə Səfiyarzadə, Milana Əkbərova, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə və Nəzrin Cəfərzadədən ibarət millimiz çoxnövçülük yarışlarında qızıl medala sahib olublar.

Fərdi proqramda çıxış edən gimnastlarımız da yarışları medalsız başa vurmayıblar. Millimizin gənc üzvü Nərminə Səmədova komandamızın hesabına 3 medal yazdırıb. Gimnastımız gürzlərlə və iplə icrasına görə fəxri kürsünün ilk pilləsinə yüksələrək, qızıl medala yiyələnib. Çoxnövçülük proqramında isə Nərminə bürünc medal qazanıb.

Komandamızın digər medalı isə Arzu Cəlilovanın hesabındadı. O, iplə hərəkətlərinə görə gümüş medala layiq görülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest