Bakıda SOCAR Azərbaycan Qran-prisi çərçivəsində keçirilən “Formula-2” üzrə birinci yarışın startı verilib. Matc.az xəbər verir ki, 10 komandanın pilotları 65 dəqiqə ərzində 29 dövrə (174,087 km) vuraraq, qalibi müəyyənləşdirəcəklər.

Bir gün öncə baş tutan sıralama turunda pilotların start xəttindəki ardıcıllığı belədi:

1. Nobuharu Matsuşita (“Karlin”)

2. Nik de Vries (“Art Grand Prix”)

3. Luka Çiotto (“Uni-Virtuosi”)

4. Serxio Sette Kamara (“Dams”)

5. Yordan Kinq (“Motorsport”)

6. Mik Şumnaxer (“Prema”)

7. Nikolas Latifi (“Dams”)

8. Cek Aitken (“Kampos”)

9. Antoni Hubert (BWT Arden)

10. Ralf Boşunq (“Trident”)

11. Kallum İlott (“Sauber”)

12. Luis Deletraz (“Karlin”)

13. Quanyu Jou (“Uni-Virtuosi”)

14. Giliano Alesi (“Trident”)

15. Nikita Mazepin (“Art Grand Prix”)

16. Dorian Bokkolassi (“Kampos”)

17. Xuan Korrea (“Sauber”)

18. Tatyana Kalderon (BWT Arden)

19. Manaveer Raqhunathan (“Motorsport”)

20. Sean Qelael (“Prema”)

 

“Formula-2” üzrə ikinci yarış sabah saat 13:10-da start götürəcək və 21 dövrədən ibarət olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest