“Formula-2” üzrə birinci yarışın qalibi müəyyənləşib. Matc.az saytının məlumatına görə, “Kampos” komandasının pilotu Cek Aitken Bakıda keçirilən yarışı qalib tamamlayıb.

Böyük britaniyalı sürücü 1 saat 2 dəqiqə 27,628 saniyə göstərici ilə bütün rəqiblərini qabaqlayıb. Ümumilikdə 20 iştirakçıdan 13-ü finişə çatmağı bacarıb. Nik de Vries (“Art Grand Prix”) ikinci, Yordan Kinq (“Motorsport”) isə üçüncü yeri tutub.

Qeyd edək ki, “Formula-2” üzrə ikinci yarış sabah saat 13:10-da start götürəcək və 21 dövrədən ibarət olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest