Avropa Liqasında qrup mərhələsinin V turundan sonra statistik göstəricilər açıqlanıb. "Aleksandriya"da çıxış edən Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayev də ən yaxşılar sırasında qərarlaşıb.
"Həmişə demişəm ki, zövq ala biləcəyim hər şeyi edəcəm. Ümid edirəm ki, vurduğum qol bundan sonra daha çox oyun vaxtı əldə etməyimə kömək olar. Komanda yoldaşlarıma və mənə şans verən baş məşqçimə minnətdaram".
Avropa Liqasında qrup mərhələsinin V turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. UEFA 4 futbolçunun adını azarkeşlərə təqdim edib. Həftənin ən yaxşısı adına Bruno Fernandeş ("Sportinq"), Vensan Abubakar ("Portu"), Raul Ximines ("Vulverhempton") və Daiti Kamada ("Ayntraxt") namizəddilər.
"Qarabağ"ın oyuna 5 müdafiəçi ilə başlamasına təəccübləndik. Rəqibdən hücum futbolu gözləyirdik. Bununla belə, oyunu oxudular və müdafiədə az səhvə yol verdilər. Ancaq hücum şansları da az oldu".
"Bizim həm "Qarabağ", həm də APOEL-dən bir üstünlüyümüz var. O da "Sevilya"ya qarşı hər iki oyunu keçirməyimizdi. İspanlarla artıq oyunumuz qalmayıb. Bu üstünlükdən yararlanmaq lazımdı. Bu günkü matçlar həm "Qarabağ", həm APOEL, həm də bizim üçün son şans ola bilər".
Avropa Liqasnın qrup mərhələsinin V turunda "Qarabağ"ı qəbul edəcək "Sevilya"nın iştirak ərizəsi müəyyənləşib. Matc.az saytının məlumatına görə, baş məşqçi Xulen Lopeteqi bugünkü qarşılaşmanın "18-liy"ini açıqlayıb.
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçiriləcək oyun "Sevilya"nın hücumçusu Munas Dabbur üçün əlamətdar ola bilər. 27 yaşlı forvard bugünkü qarşılaşmada fərqlənməyə çalışacaq.
"Oyunu səbirsizliklə gözləyirik. 3 xal qazanmaq çox vacibdi". Bunu "Sevilya"sının futbolçusu Alexandro Pozo deyib. O, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la oyunöncəsi mətbuat konfransında iştirak edib.
"Kipr futbolu inkişafdadı. İlk oyundakı qələbə bizə cəsarət versə də, sonra reallığa döndük. Buna baxmayaraq, yenə komandama güvənirəm. Rəqibin üzərində təzyiqlər var. APOEL və "Qarabağ"a qarşı iki final oyunu bizi gözləyir".
"Sevilya" üçün bu turnirin önəmini başa düşürük. Komanda 5 dəfə finalda iştirak edib və hamısında qalib gəlib. Bütün mövsüm boyu yüksək motivasiyanı qorumaq lazımdı. Amma addım-addım irəliləməliyik. İndi yalnız növbəti oyunu düşünürük".
Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"la qarşılaşacaq "Sevilya" oyunun hazırlıqlarını davam etdirir. Əndəlüs təmsilçisi heyətinə bir neçə gənc oyunçu da cəlb edib. Xose Mariya Amo, Felipe Çakarteqi və Cenaro əvəzedici heyətdən əsas komandaya yüksəlib.
Avropa Liqasının qrup mərhələsinin V turunda "Sevilya"nın qonağı olacaq "Qarabağ" İspaniyaya yollanıb. Komanda bir qədər əvvəl Bakını tərk edib. Saat 16:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan çarter reysi ilə Sevilyaya yollanan Ağdam təmsilçisini 6,5 saatlıq uçuş gözləyir.
"Növbəti mərhələ şansımızı davam etdirmək üçün mütləq xal qazanmalıyıq. Əlbəttə, çox çətin olacağını bilirik. "Sevilya" əla komandadı. Lopeteqinin gəlişi onlar üçün uğurlu alındı"
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.