"Çelsi" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, London təmsilçisi "Latsio"da çıxış edən Mario Xilanı transfer etmək istəyir. Bu barədə "Football Insider" məlumat yayıb.

Premyer Liqa nəhəngi İspaniya millisinin üzvü üçün İtaliya klubuna təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, "Latsio" Mario Xilanı 2022-ci ilin yayında "Real"dan 6 milyon avroya transfer edib. 25 yaşlı mərkəz müdafiəçisi bu mövsüm payaxt klubunun heyətində 6 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest