2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının oyunları üçün bir milyondan çox bilet satılıb.

Matc.az xəbər verir ki, FIFA-nın mətbuat xidmətinin verdiyi məlumata görə, turnirə 212 ölkə və ərazidən azarkeşlər qatılacaq.

Dünya çempionatı Şimali Amerikada iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Yarışda hər biri dörd komanda olmaqla 12 qrupa bölünən 48 milli komanda iştirak edəcək.

İlk iki yeri tutan komanda final mərhələsinə yüksələcək. Üçüncü yeri tutan səkkiz ən yaxşı komanda isə pley-off mərhələsinə üz-üzə gələrək, əsas mərhələyə vəsiqə qazanacaq. Bundan əlavə, 2026-cı il dünya çempionatına yeni mərhələ - 32-ci raund əlavə olunacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest