Avroliqa matçı koronavirusa görə ikinci dəfə təxirə salındı
Avqustun 18-də baş tutmalı olan qarşılaşma Kosovo təmsilçisinin 8 oyunçusunun testinin pozitiv çıxması səbəbindən bu günə təyin olunmuşdu. Lakin bu gün qonaqların daha bir neçə oyunçusunun virusa yoluxduğu açıqlanıb.






















