"Partizani" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" ilə keçirəcəyi ilk görüşün başlama saatı müəyyənləşib. Oyun iyulun 10-da Tiranada baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:30-da veriləcək.