2019/20 mövsümünün ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
 
Matc.az xəbər verir ki, UEFA hər il təqdim etdiyi mükafata üç namizədi müəyyənləşdirib.
 
Bunlar "Bavariya" ilə çempionlar Liqasının qalibi olan Manuel Noyer və Robert Levandovski, həmçinin "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Breynedir.
 
Qadınlarda isə  namizədlər siyahısında Pernil Harder ("Volfsburq"), Lusi Bronz və Vendi Renar (hər ikisi "Olimpik" (Lion) yer alıb.
 
Qeyd edək ki, mükafatın sahibi oktyabrın 1-də keçiriləcək UEFA çempionlar Liqasının qrup mərhələsinin püşkatmasında açıqlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest