Futbol üzrə UEFA çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Midtyulland"la (Danimarka) qarşılaşacaq "Liverpul" bu oyuna itkilərlə çıxacaq.
 
Matc.az xəbər verir ki, bu barədə baş məşqçi Yurgen Klopp məlumat verib.
 
"Qırmızılar" bu oyunda Tyaqo Alkantara, Joel Matip və Nabi Keytanın xidmətindən istifadə edə bilməyəcək.
 
Komandanın niderlandlı müdafiəçisi Vircil van Deykin isə uzun müddətə sıradan çıxdığı daha öncədən məlum idi.
 
Bu gün keçiriləcək "Liverpul" – "Midtyulland" oyununa saat 00:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest