Futbol üzrə UEFA çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.
 
Matc.az xəbər verir ki, bu mərhələnin qalibləri iki oyunun nəticəsinə görə müəyyən olunacaq. Pley-off mərhələsinin cavab oyunları sentyabrın 29 və 30-da keçiriləcək.
 
Bu gün daha 3 qarşılaşma baş tutub. "Gent" (Belçika) Kiyev "Dinamo"sunu qəbul edib. üç qolun vurulduğu matçda qonaqlar qələbə qaznan tərəf olub. Turnirin 3-cü təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Norveçin "Molde" klubu isə "Ferentsvaroş"la (Macarıstan) qarşılaşıb. Altı qolluq bu qarşılaşmada qalib müəyyənləşməyib. Son oyunda "Omoniya" (Kipr) Yunanıstanın "Olimpiakos" klubunun qonağı olub. Yunanlar doğma meydanda inamlı qələbəyə seviniblər.
 
UEFA çempionlar Liqası
Pley-offun ilk oyunlar
22 sentyabr
 
Krasnodar (Rusiya) – PAOK (Yunanıstan) 2:1
Qol: Klaesson, 39-pen. Kabelya, 70 – Pelkas, 32.
 
Makkabi (Təl-Əviv, İsrail) – Zalsburq (Avstriya) 1:2
Qol: Biton, 9 – Soboslai, 49-pen. Okuqava, 57.
 
Slaviya (Praqa, çexiya) – Midtyulland (Danimarka) 0:0
 
23 sentyabr
 
Gent (Belçika) – Dinamo (Kiyev, Ukrayna) 1:2
Qol: Kleindienst, 41 – Supriaqa, 9. De Pena, 79.
 
Molde (Norveç) – Ferentsvaroş (Macarıstan) 3:3
Qol: Ceyms, 55. Eykrem, 65. Ellinqsen, 83 – Boli, 7. Uzuni, 52. Xaratin, 87.
 
Olimpiakos (Yunanıstan) – Omoniya (Kipr) 2:0
Qol: Valbuena, 69. El Arabi, 90+2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest