Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində baş tutan Macarıstan “Ferentsvaroş”u ilə oyun “Barselona”nın hücumçusu Lionel Messi üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, argentinalı futbolçu 5:1 hesabıyla qalib gəldikləri bu oyunda hesabı açmaqla rekorda imza atıb.
 
Belə ki, Messi bu turnirdə ardıcıl 16-cı mövsümdür qol sevinci yaşayır. Son 14 mövsümdə ardıcıl qollar vuran “Yuventus”un hücumçusu Kristiano Ronaldo da bu seriyasını 15-ə çatdıra bilər. Koronavirusa yoluxduğuna görə ötən gecə baş tutan “Dinamo” (Kiyev, Ukrayna) ilə oyunu buraxmalı olan portuqal futbolçunun növbəti oyunlarda fərqlənəcəyi şübhə doğurmur.
 
Messi “Ferentsvaroş”la oyunda fərqlənməklə başqa rekordlara da imza atıb. Belə ki, o, ÇL-də 36 fərqli komandaya qol vurmağa nail olub və bu göstəricidə özünə aid olan rekordu yeniləyib. Üstəlik, argentinalı futbolçu ÇL-in qrup mərhələsində vurduğu qolların sayını 69-a çatdırıb. Heç bir futbolçu bu turnirin qrupunda bu qədər qola imza atmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest