Emreli son 5 mövsümdə ilk oyunçudur ki, çempionat ərzində iki penaltini qaçırır. Belə uğursuzluq yaşanmasına sonuncu dəfə 2015/16 mövsümündə təsadüf edilib. Həmin vaxt "Sumqayıt"da oynayan Ağabala Ramazanov hər iki şansı boşa verib.
Bu oyunun yekununda çempion və vitse-çempion müəyyənləşəcək."Qarabağ" uduzmasa, ardıcıl 8-ci dəfə qızıl medalları qazanacaq, əks halda, "Neftçi" 8 ildən sonra fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq. Qızıl medalçılara həm də çempionluq kuboku veriləcək.
İlk rəsmi matçını 16 il öncə keçirən "Qəbələ" 576-cı oyununda "750"yə çatıb. Bu qollardan 527-si Premyer Liqa, 115-i ölkə kuboku, 72-si birinci dəstə, 36-sı UEFA Avropa Liqasına təsadüf edib. "Qəbələ" indiyədək evdə 423, səfərdə 325, neytral meydanda 2 qol vurub.
Qeyd edək ki, Hacıyevin Premyer Liqada debütü 2018-ci il avqustun 12-nə təsadüf edib. Həmin gün "Səbail" "Qəbələ" ilə səfər matçında 0:3 hesabı ilə məğlub olub.
2011/12 mövsümündən Premyer Liqada çıxış edən komanda öz meydanında keçirdiyi 150-ci matçda 60-cı məğlubiyyətini alıb. "Sumqayıt" bu görüşlərdə 51 qələbə qazanıb və 39 dəfə heç-heçə edib. Evdə 155 qola sevinən komanda 180 top buraxıb.
"Neftçi" və "Qarabağ" komandaları arasında keçiriləcək və çempionluğun taleyinə aydınlıq gətirəcək qarşılaşma Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da baş tutacaq. Bu oyuna saat 20:30-da start veriləcək.
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransı keçirilib.
Azərbaycan Premyer Liqasının 27-ci turunun "Qəbələ" - "Sabah" oyunundan (2:2) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.