Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulacaq. Matc.az xəbər verir ki, "Qəbələ" də turun sonuncu günündə meydana çıxacaq. "Qırmızı-qaralar" evdə "Sabah"la görüşəcək. Bu matç iki komanda arasında 17-ci duel olacaq. İndiyədək rəqiblər ümumilikdə 16 dəfə görüşüb.
 
Əvvəlki 16 matçda üstünlük "Qəbələ"nin tərəfindədir. 9 dəfə rəqibini məğlub edən "Qəbələ" 2 dəfə heç-heçə edib və 5 görüşdə uduzub. İndiyədək rəqib qapısına 21 qol vuran "Qəbələ" futbolçuları 16 top buraxıblar. ülvi İsgəndərov, Davit Volkov, Klesio Bauk və Nikolas Raysel daha çox - hərəyə 3 qol vurublar.
 
İndiyədək keçirilən 16 matçdan 12-si çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 5 qələbə və 2 heç-heçəsi olan "Qəbələ" 5 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi bakılıların xeyrinədir – 13:14.
 
"Qəbələ" ev qarşılaşmalarında üstünlüyə malikdir. Evdə 4 qələbə və 2 heç-heçəsi olan komanda yalnız 1 matçda məğlub olub. Bu oyunlarda 12 qola sevinən "Qəbələ" 9 top buraxıb.
 
Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - "Sabah" oyununa saat 16:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest