Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının vaxtı bilinib. Matc.az xəbər verir ki, Peşəkar Futbol Liqası qarşılaşmaların yerini və saatını açıqlayıb. Hər iki matç eyni gündə - aprelin 24-də olacaq.
“Goal” nəşri Avropa çempionatının favoritlərinin reytinqini tərtib edib. Matc.az xəbər verir ki, kuboku qazanmaq üçün əsas namizəd Fransa hesab edilir. Portuqaliya ikinci, Belçika üçüncü yerdədi.
Polşanın LKS klubunun baş məşqçisi Marçin Matisyak azərbaycanlı müdafiəçi Rahil Məmmədovun durumu ilə bağlı danışıb. Matc.az xəbər verir ki, 40 yaşlı mütəxəssis Azərbaycan millisinin üzvünün hazırlıq səviyyəsindən razı qalıb.
Apellyasiya Arbitraj Tribunalı aşağı yaş qrupu komandası “Lion”la bağlı qərarını açıqlayıb. Matc.az xəbər verir ki, qurum klubun apellyasiya şikayətini qismən təmin edib. U-15 Liqasında “Səbail”lə oyundan sonra “Lion”un azarkeşləri tərəfindən hakimlər təhqir edilmiş, onlara hədə-qorxu gəlinmişdi.
Azərbaycan Premyer Liqasında XXVIII turun son oyununun təyinatları müəyyənləşib. Matc.az xəbər verir ki, “Sumqayıt”la “Araz-Naxçıvan” arasında keçiriləcək qarşılaşmanın hakimləri açıqlanıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı matçı Kamranbəy Rəhimov idarə edəcək.
“Qəbələ” bu gün Premyer Liqanın XXVIII turunda “Neftçi”ni qəbul edəcək. Matc.az xəbər verir ki, bölgə təmsilçisi oyuna itkilərlə çıxacaq. “Qırmızı-qaralar”ın iki üzvü zədə ucbatından qarşılaşmanı buraxmalı olacaq. Bunlar kapitan Asif Məmmədov və hücumçu Ülvi İsgəndərovdu.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.