Elmar Baxşıyevlə yollarını ayıran "Araz-Naxçıvan" baş məşqçi postu üçün axtarışlara başlayıb.

Matc.az saytına verilən məlumata görə, "qırmızı-ağlar"ı çalışdırmağa əsas namizəd Tərlan Əhmədovdur.

"Araz-Naxçıvan" rəhbərliyi hələ ötən il Elmar Baxşıyevdən əvvəl Əhmədovu baş məşqçi təyin etmək istəyib. Lakin həmin zaman danışıqlar alınmayıb. Muxtar Respublika təmsilçisi 54 yaşlı mütəxəssislə yenidən təmas quracaq.

"Araz-Naxçıvan"ı çalışdırmağa digər namizəd isə bir müddət əvvəl "Neftçi"dən istefaya göndərilən Samir Abasovdur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest