“Çelsi” dünya səviyyəli yeni stadionun inşası üçün uyğun olan böyük bir torpaq sahəsini əldə edib.

Matc.az İngiltərə mətbuaatına istinaadən xəbər verir ki, stadionun tutumu təxminən 92 500 yer ola bilər.

Klubun sahibi Todd Böhlinin rəhbərliyi altında əsas məqsəd 2028-ci ilin ortalarına qədər oyun günlərindən əldə olunan gəlirləri əhəmiyyətli dərəcədə artırmaq, eyni zamanda arenanı konsertlər və iri miqyaslı əyləncə tədbirləri üçün çoxfunksiyalı məkana çevirməkdir.

Stadionun dizaynı məşhur “Santyaqo Bernabeu”dan ilhamlanıb. Arena müasir, innovativ və futbolun gələcəyi üçün inşa ediləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest