Misli Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Matc.az xəbər verir ki, "Araz-Naxçıvan" Elmar Baxşıyevlə yollarını ayırıb.

45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Elmar Baxşıyev Matc.az saytının əməkdaşı ilə söhbətində ayrılığı təsdiqləyib: "Dedilər ki, səninlə işləmək istəmirik".

Qeyd eədk ki, Elmar Baxşıyev 2024-cü ilin aprel ayında "Araz-Naxçıvan"ın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda Premyer Liqada 16 turdan sonra 26 xal toplayıb və 6-cı yerdədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest