Misli Premyer Liqasında XV və XVI turun oyun cədvəli müəyyənləşib. Matc.az xəbər verir ki, hər iki turda görüşlər 3 gün ərzində baş tutacaq. XV tura dekabrın 1-də əzəli rəqiblər “Neftçi” ilə “Qarabağ”ın qarşılaşması ilə yekun vurulacaq. Ağdam təmsilçisinin növbəti turda "Sabah"la səfər matçı dekabrın 7-də reallaşacaq.
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli açıqlanıb. Matc.az xəbər verir ki, mərhələnin 4 oyunu “CBC Sport” telekanalı vasitəsilə, digər 4-ü isə Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalında canlı yayımlanacaq.
Azərbaycanın UEFA Gənclər Liqasındakı təmsilçisi “Sabah” bu gün Çempionlar yolunun II təsnifat mərhələsində cavab oyununa çıxacaq. Matc.az xəbər verir ki, “Sabah”ın U-19 komandası Bakıda İsveçrənin “Bazel” kollektivini qəbul edəcək. “ASCO Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.