"Turan Tovuz" futbolçusu Veysəl Rzayevlə yolları ayırıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

2022/2023 mövsümündən "Turan Tovuz"un şərəfini qoruyan yarımmüdafiəçi bu müddət ərzində Premyer Liqada 79 oyunda meydana çıxıb və 2 qolla yadda qalıb. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest