30 Dekabr 2025, 19:57
FUTBOL
“Barselona” “İnter”*in təcrübəli müdafiəçisi Stefan de Vreyi transfer etmək imkanını nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Milan klubu bu keçidə qarşı deyil. 33 yaşlı oyunçunun ayrılığı yalnız yeni mərkəz müdafiəçisinin transfer edilməsi halında mümkün olacaq.
Hazırda “neradzurri” transfer bazarını fəal şəkildə araşdırır. "İnter" “Latsio”dan Mario Gil, eləcə də “Sassuolo”dan Tarik Muharəmoviçlə maraqlanır. Klub rəhbərliyi bu futbolçulardan birinin keçidi ilə bağlı razılıq əldə edərsə, de Vreynin “Barselona”ya transferinin yolu açılacaq.
Qeyd edək ki, Stefan De Vrey cari mövsümdə “İnter”in heyətində 11 oyuna çıxıb, lakin məhsuldar göstəricilərlə yadda qalmayıb



_1767127284.jpg)








