“Real” ardıcıl iki ev oyununda üç və ya daha çox qol buraxaraq uduzub. Matc.az xəbər verir ki, La Liqa çərçivəsində “Barselona”dan 4 cavabsız top buraxan “kral klubu” Çempionlar Liqasında “Milan”a 1:3 hesabı ilə məğlub olub.

Madridlilər bununla 15 il əvvəlki antirekordu təkrarlayıb. Paytaxt təmsilçisi axırıncı dəfə 2009-cu ilin mayında bu halla üzləşmişdi. Həmin vaxt komanda La Liqada “Barselona” (2:6) və “Malyorka”ya (1:3) evdə uduzmuşdu.

Qeyd edək ki, 4 oyunda 6 xal toplayan “Real” Çempionlar Liqasının Liqa mərhələsində 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest