"Mançester Yunayted"in yarımmüdafiəçisi Manuel Uqarte karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Qalatasaray" uruqvaylı futbolçunun xidmətində maraqlıdır. İstanbul nəhəngi Uqarte üçün İngiltərə klubuna 25 milyon avroluq satınalma bəndi ilə icarəyə götürmək təklifini göndərməyi planlaşdırır.

"Napoli" və "Lion" da 24 yaşlı dayaq yarımmüdafiəçisi ilə maraqlanır.

Qeyd edək ki, Manuel Uqarte bu mövsüm "Mançester Yunayted"in heyətində 13 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest