"Real"ın baş məşqçisi Karlo Ançelotti klubdakı vəziyyət düzəlməzsə, istefaya göndərilə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Relevo" məlumat paylaşıb.
Madrid rəhbərliyinin planlarında mövsümün ortasında Ançelottinin qovulması nəzərdə tutulmasa da, nəticələr klub rəhbərliyinə uyğun gəlmir. İspaniya klubundakı rəsmi mənbələr "Real"ın qarşıdakı matçlarda uğursuz nəticələri davam etsə, Ançelottinin qovulacağını istisna etmir.
"Kral Klubu" son iki oyunda evdə "Barselona"ya (0:4) və "Milan"a (1:3) uduzub.
Qeyd edək ki, Ançelotti 2013-2015-ci illərdə Madrid klubunu çalışdırıb və 2021-ci ildə yenidən kluba qayıdıb. O, 3 il ərzində iki dəfə İspaniya çempionu olub, İspaniya Kubokunu alıb, iki dəfə Çempionlar Liqasının qalibi olub, 2022-ci ildə Klublararası Dünya Çempionatının qalibi olub və iki dəfə UEFA Super Kubokunun qalibi olub.