"Yuventus" və "Barselona"nın sabiq yarımmüdafiəçisi Miralem Pyaniç karyerasını başa vurub.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Tuttosport" yayıb.

O, hazırda Dubayda yaşadığını, karyerasını başa vurduğunu və övladının tərbiyəsi ilə məşğul olacağını söyləyib.

Qeyd edək ki, 35 yaşlı futbolçu karyerası ərzində "Mets", "Lion" (hər ikisi Fransa), "Roma", "Yuventus" (hər ikisi İtaliya), "Barselona" (İspaniya), "Beşiktaş" (Türkiyə) və "Şarjah"ın (BƏƏ) şərəfini qoruyub.

Pyaniç 2008-2024-cü illər ərzində Bosniya və Herseqovina millisinin heyətində meydana çıxdığı 115 oyunda 18 qolla yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest